Yuxarı

“Səkkiz” serialının yayımı bərpa olundu

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səkkiz” serialının yayımı bərpa olundu

“Səkkiz” serialının yayımı bərpa olunub.

Kult.az xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı olan aktyor Hikmət Rəhimov özünün sosial şəbəkə hesabında yazıb.

"Şükür, "Səkkiz" qayıtdı. Yayımı bərpa olundu. Dövlət həm yaradıcı heyətə, həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan, həm yaradıcı heyət adından onlara təşəkkürümü bildirirəm. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq”, - rejissor bildirib.

Onun sözlərinə görə, şənbə günü, yanvar ayının 24-ü, saat 23:00 da ARB telekanalında serialın ikinci bölümü nümayiş olunacaq.

Qeyd edək ki, 10 yanvar tarixində "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etdiyi və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmadığı üçün ARB telekanalının yayımı 3 saatlıq dayandırılmışdı. Daha sonra serialın yayımının dayandırılması barədə qərar verilmişdi.

Tarix
2026.01.22 / 15:03
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla