Yuxarı

“Nar” bu agentliklə Anlaşma Memorandumu imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” bu agentliklə Anlaşma Memorandumu imzaladı

“Nar” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məşğulluq və insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandum Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və “Nar”ın baş icarçı direktoru Özgür Genc tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində tərəflər iş yarmarkalarının birgə təşkili, işaxtaran və işsiz şəxslərin peşəyönümü və peşə hazırlığının dəstəklənməsi, bilik və bacarıqların artırılması üzrə təşəbbüslərin həyata keçirilməsi, həmçinin korporativ sosial münasibətlərin inkişafına yönəlmiş layihələr üzərində işləyəcəklər.

Anlaşma memorandumunun imzalanma mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb və “Nar” ilə imzalanan memorandumun da işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə, eləcə də özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.

“Nar”ın baş icraçı direktoru Özgür Genc bildirib: “İnanırıq ki, dövlət və özəl sektorun birgə səyləri nəticəsində işaxtaran şəxslərin potensialını üzə çıxarmaq, onların bacarıqlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və uzunmüddətli məşğulluq imkanları yaratmaq mümkündür.”

Qeyd edək ki, bu memordandum çərçivəsində tərəflər arasında işgüzar görüşlər keçiriləcək, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin dəstəklənməsi məqsədilə maarifləndirmə və məlumatlandırma təşəbbüsləri həyata keçiriləcək.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2026.01.30 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla