Yuxarı

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib.

Axar.az xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qonaq ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrimizin Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da inkişaf etdiyini vurğuladı.

Türkiyənin ədliyyə naziri dövlətimizin başçısının güclü liderliyi ilə ölkəmizin inkişaf etdiyini deyərək, bu xüsusda Azərbaycanın iqtisadi tərəqqisinə, beynəlxalq nüfuzunun daha da artmasına və tarixi Qarabağ Zəfərinə toxundu.

Akın Gürlek həmçinin Azərbaycanın bölgədə enerji, bağlantılar, o cümlədən Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsində önəmli rolunu vurğuladı və Türkiyənin bundan sonra da ölkəmizin yanında olacağını dedi.

Söhbət zamanı bütün sahələri əhatə edən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Ölkələrimizin Ədliyyə nazirlikləri arasında səmərəli tərəfdaşlığın qurulduğu bildirilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2026.07.02 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla