Yuxarı

Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin Teleqram hesabını ələ keçirərək dələduzluq edən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə dələduzluğa məruz qalan jurnalist Ləman Ələşrəfqızı məlumat verib.

"Az əvvəl DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən zəng edilərək bildirildi ki, kiberdələduz saxlanılıb. Pulum karta qaytarıldı. Cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq" - jurnalist bildirib.

Qeyd edək ki, ötən gün Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin Teleqram hesabı dələduz(lar) tərəfindən ələ keçirilərək "əlaqələr" siyahısındakı şəxslərdən pul istənilib.

İ.Ağazadənin Teleqram hesabı vasitəsilə aldadılan şəxslər arasında jurnalist Ləman Ələşrəfqızı da olub. Özünü İ.Ağazadə kimi təqdim edən şəxs xəstəxanaya düşdüyünü və pula ehtiyacı olduğunu deyərək jurnalistdən onlayn köçürmə yolu ilə 600 manata yaxın pul alıblar.

Tarix
2026.07.02 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla