Yuxarı

Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı

Almaniyanın Drezden şəhərində “İnfineon” şirkətinin təxminən 5 milyard avro investisiya hesabına inşa etdiyi yeni çip istehsalı zavodu fəaliyyətə başlayıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu, şirkətin tarixində ən böyük investisiya layihəsi olmaqla, dünyanın ən müasir yarımkeçirici istehsal müəssisələrindən biri hesab olunur.

“Smart Power Fab” adlanan müəssisə “European Chips Act” proqramı çərçivəsində 920 milyon avro dövlət dəstəyi alıb. Layihənin məqsədi Avropa İttifaqının çip idxalından asılılığını azaltmaq və 2030-cu ilədək qlobal çip istehsalında Avropanın payını 20 faizə çatdırmaqdır.

Yeni zavodda süni intellekt məlumat emalı mərkəzləri, elektrik avtomobilləri, külək və Günəş enerjisi sistemləri, eləcə də sənaye avadanlıqları üçün güc yarımkeçiriciləri istehsal ediləcək. Müəssisə 100 faiz bərpaolunan elektrik enerjisi ilə işləyir və istehsalda içməli su əvəzinə sənaye suyundan istifadə olunur.

Son illərdə informasiya texnologiyaları və mikroelektronika sahəsinə iri investisiyalar cəlb edən Drezden “Silicon Saxony” texnologiya klasteri kimi Avropanın ən böyük çip istehsalı mərkəzi mövqeyini daha da möhkəmləndirir.

Tarix
2026.07.02 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla