Yuxarı

"Qarabağ" Avropa Liqası ilə vidalaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" Avropa Liqası ilə vidalaşdı

2026.07.30 - 21:32

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək MOİK (Bolqarıstan) - "Qarabağ" matçı üçün heyətlər açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

MOİK: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy.

Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto.

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.

***

MOİK - "Qarabağ" oyunu başladı.

***

MOİK - "Qarabağ" oyununda 90 dəqiqə ərzində hesab açılmadı. Qalibi müəyyən etmək üçün əlavə 30 dəqiqə oynanılır.

***

120 dəqiqə ərzində qapılara qol vurulmadı. Qalibin adına aydınlıq gətirmək üçün penalti zərbələri yerinə yetiriləcək.

***

Penaltilər seriyasında daha dəqiq olan MOİK (5-4) Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazandı. "Qarabağ" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Tarix
2026.07.31 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla