Yuxarı

Paşinyandan Rusiyaya şok tələb: Hər il iki milyard dollar...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyandan Rusiyaya şok tələb: Hər il iki milyard dollar...

İrəvan 2008-ci ildən etibarən Rusiya Dəmir Yollarının (RJD) konsessiya idarəçiliyində olan "Cənubi Qafqaz Dəmir Yolu" QSC-dən (CQDY) istifadəyə görə Rusiyadan ödəniş tələb edə bilər.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Bu ilin fevralında Ermənistanın baş naziri Rusiyaya Ermənistan dəmir yollarının konsessiya idarəetmə hüququnun Qazaxıstan, Qətər və ya Birləşmiş Ərəb Əmirlikləri kimi dost üçüncü tərəfə satılması imkanını nəzərdən keçirməyi təklif etmişdi. Aprel ayında isə o, İrəvanın Moskvanın xəbəri olmadan dəmir yolları ilə bağlı məsələləri müzakirə etmək niyyətində olmadığını vurğulamışdı.

İndi isə Paşinyan CQDY-nin istismarı ilə bağlı məsələnin beynəlxalq arbitraja çıxarılması ehtimalını istisna etməyib. O bildirib ki, Ermənistanın dəmir yolları dövlətə məxsusdur və dövlət onlardan məqsədəuyğun hesab etdiyi şəkildə istifadə etmək hüququna malikdir. Siyasətçi əlavə edib ki, İrəvan uzun illər ərzində Moskvadan bu məsələlərlə bağlı heç bir tələb irəli sürməyib.

"Elə məsələlər ola bilər ki, biz 30 il ərzində onlara görə heç nə istəməmişik, amma bundan sonra hər il iki milyard dollar tələb edəcəyik", - o vurğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti bu məsələni dostluq münasibətləri çərçivəsində həll etmək istəyir.

Tarix
2026.07.30 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla