Yuxarı

Əgər Ermənistan bunu etsə, 30 milyard tələb edəcəyik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər Ermənistan bunu etsə, 30 milyard tələb edəcəyik

Ermənistan Cənubi Qafqaz Dəmir Yolu (CQDY) ilə bağlı öhdəlikləri birtərəfli qaydada yenidən nəzərdən keçirəcəyi təqdirdə, Rusiya kompensasiya tələb etmək hüququna malik olacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

O vurğulayıb ki, CQDY (Cənubi Qafqaz Dəmir Yolu) Rusiya şirkətinin pulsuz əldə etdiyi aktiv deyil, əksinə, 30 milyard rubldan çox investisiya yatırılmış bir müəssisədir. Bununla əlaqədar nazir Ermənistanın öz dəmir yollarının icarəsinə görə ödəniş tətbiq edə biləcəyi ilə bağlı açıqlamalarının əsassız olduğunu bildirib.

"CQDY Rusiya şirkətinin pulsuz aktivi deyil. Bu, artıq 30 milyard rubldan çox investisiya yatırdığımız, yeni hərəkət heyəti aldığımız və müqavilə öhdəlikləri əsasında infrastrukturu inkişaf etdirdiyimiz bir müəssisədir. Əgər bu öhdəliklər birtərəfli qaydada yenidən nəzərdən keçirilərsə və investorumuza zərər dəyərsə, biz həmin zərərin kompensasiyasını tələb etmək üçün əsaslara malik olacağıq. Belə bir vəziyyətdə Rusiyanın Ermənistana əlavə ödəniş etməli olması məsələsinin qaldırılması əsassızdır", – deyə Reşetnikov vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan dəmir yollarından istifadəyə görə Rusiyadan illik 2 milyard dollar tələb edə biləcəklərini açıqlayıb.

Tarix
2026.07.31 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla