1716-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:45
| Ana səhifə Planet |
|
Rusiya hazırda Ukraynaya qarşı apardığı müharibənin başa çatması baxımından çox vacib bir mərhələdədir.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.
"Biz həqiqətən də indi “xüsusi hərbi əməliyyat”ın başa çatmasının çox vacib bir nöqtəsindəyik. Əminəm ki, siz də qələbəmizə öz töhfənizi verəcəksiniz", – deyə o, cəbhəyə getməyə qərar verən Gənclər Forumu iştirakçılarına müraciətində bildirib.
Medvedyev etiraf edib ki, Ukraynaya qarşı müharibədə iştirak etmək qərarı asan qəbul olunmur və risklər daşıyır.
"Demək istədiyim yeganə şey budur: özünüzü qoruyun. Bizə qələbə lazımdır, amma istənilən qiymətə yox", – deyə Medvedyev əlavə edib.
|
Tarix
2026.07.31 / 08:00
|
Müəllif
Axar.az
|