Yuxarı

Naxçıvanda 24 milyonluq nəhəng layihə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda 24 milyonluq nəhəng layihə...

Naxçıvan şəhərində yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı irihəcmli layihəyə start verilir.

Axar.az Baku.vs-ə istinadən xəbər verir ki, MİDA MMC Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4.98 hektar ərazidə 6 çoxmənzilli yaşayış binası inşa edəcək.

Layihənin ehtimal olunan dəyəri 24 milyon 194 min 879 manat təşkil edir.

İlk mərhələdə tikinti sahəsində genişmiqyaslı torpaq işləri görüləcək. Ərazi ekskavatorlarla qazılacaq, çıxarılan torpaq yük avtomobilləri ilə daşınacaq, əraziyə yeni torpaq gətiriləcək və buldozerlə hamarlanaraq binaların təməlinin inşasına hazırlanacaq.

Layihənin həyata keçirilməsi nəticəsində Naxçıvanda yeni yaşayış kompleksi yaradılacaq, mənzil fondu genişlənəcək və əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün əlavə imkanlar formalaşacaq. Bununla yanaşı, yeni yaşayış massivinin salınması şəhərin tikinti və şəhərsalma infrastrukturunun inkişafına da töhfə verəcək.

Tarix
2026.07.02 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla