Yuxarı

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində bu ölkədə yanacaq qıtlığı yaşanır, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır və bu vəziyyət qonşu dövlətin ümumi iqtisadi vəziyyətinə də mənfi təsir edir. Rusiya hökuməti mövcud vəziyyətdən çıxış yolu kimi qonşularına müraciət etməyə başlayıb. Rusiya Belarusdan sonra Qazaxıstandan da yanacaq-sürtkü materialları almaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Qazaxıstan hökuməti bu məsələylə bağlı qərar verməyə tələsmir. Çünki Rusiyanı yanacaqla təmin etmək beynəlxalq aləmdə bu ölkənin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəyi kimi qiymətləndiriləcək. Buna görə də Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür. Açıqlamada həm də o vurğulanıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır: “Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər”.

Astana bütün riskləri hesablamaq məcburiyyətindədir”, - politoloq bildirib.

Tarix
2026.07.02 / 13:29
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla