Yuxarı

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü Azərbaycan-Avropa Birliyi münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi və iqtisadi hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov qeyd edib.

O bildirib ki, Leyenin səfəri zamanı açıqlanan ən mühüm qərarlardan biri AB-nin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri üçün 200 milyon avroya qədər qrant ayırmaq niyyətidir:

“Bu vəsait hesabına 2 milyard avroya qədər dövlət və özəl investisiyanın cəlb olunması nəzərdə tutulur. Bakı limanının inkişafı, regional dəmir yolu layihələri və rəqəmsal bağlantı təşəbbüsləri bu yanaşmanın əsas istiqamətlərindəndir.

Azərbaycanın Avropa üçün əhəmiyyəti son illərdə ciddi şəkildə artıb. Bunun əsas səbəblərindən biri 40 milyard dollardan artıq investisiya hesabına reallaşdırılmış Cənub Qaz Dəhlizidir. Bu gün Azərbaycan qazı AB-nin 10 üzv dövlətinə nəql olunur və ixrac coğrafiyasının daha da genişlənməsi üçün imkanlar mövcuddur.

Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropanın enerji təhlükəsizliyi gündəliyi tamamilə dəyişdi. Məhz həmin dövrdə Azərbaycanın qaz tədarükünün artırılması ilə bağlı Avropanın 1- ölkəsindən müraciətlər daxil olmuşdu. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi formalaşdırdığı nüfuzun praktik nəticəsi idi.

Düzdür, Azərbaycan Avropanın ümumi qaz tələbatının böyük hissəsini təmin edən ölkə deyil. Amma Azərbaycanın qaz ixrac etdiyi dövlətlərin əksəriyyəti uzun illər enerji baxımından Rusiyadan asılı ölkələrdir. Məhz buna görə Azərbaycan qazının həmin bazarlara çıxışı Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Həmçinin enerji əməkdaşlığının istiqamətləri də genişlənir. Əsas diqqət Azərbaycanın bərpa olunan enerji potensialının Avropa bazarına inteqrasiyasına yönəlir.

Bu proseslər Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi ölkəni Avropa ilə Mərkəzi Asya arasında strateji bağlantı mərkəzinə çevirir. Hazırda Qazaxıstan neftinin bir hissəsi Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına ixrac olunur. Gələcəkdə isə Transxəzər marşrutunun daha da inkişafı Mərkəzi Asiya ölkələrinin enerji resurslarının və yük axınlarının Avropa bazarlarına daha geniş həcmdə çıxarılması üçün əlavə imkanlar yaradacaq.

Beləliklə, Bakıda keçirilən bu görüş göstərir ki, Azərbaycan-AB əməkdaşlığı enerji ilə məhdudlaşmır. Ticarət, investisiya, logistika, rəqəmsal bağlantı, yaşıl enerji və regional sabitlik istiqamətləri qarşıdakı illərdə tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək. Və bu, uzunmüddətli hədəflər üçün çox önəmlidir”.

Tarix
2026.07.02 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla