Yuxarı

Zelenskidən etiraf: Səhvə yol vermişəm!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən etiraf: Səhvə yol vermişəm!

Ukrayna Prezidenti Vladimir Zelenski “Voll Strit Jurnal” qəzetinin müxbiri ilə söhbəti zamanı müharibə şəraitində ölkəyə təxminən beş il rəhbərlik etməsinin sağlamlığına mənfi təsir göstərdiyini bildirib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Zelenski gündəlik iş qrafikinin son dərəcə gərgin olduğunu deyib. O, yüzlərlə mürəkkəb və həssas məsələlərlə bağlı qərarlar qəbul etməyin, eləcə də müxtəlif razılaşmalar üzərində işləməyin ciddi yük yaratdığını qeyd edib.

Prezidentin sözlərinə görə, bu qədər intensiv iş rejimi onun bir sıra səhvlərə yol verməsinə səbəb olub.

Sülh danışıqlarının perspektivlərinə toxunan Zelenski gələcək diplomatik prosesin asan olmayacağını və ciddi səylər tələb edəcəyini bildirib.

Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampla “qış paketi” məsələsini müzakirə etdiyini və enerji infrastrukturuna qarşı hücumların dayandırılmasını nəzərdə tutan “enerji atəşkəsi” təşəbbüsünü dəstəklədiyini vurğulayıb.

Tarix
2026.09.24 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla