Yuxarı

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov serbiyalı həmkarı ilə görüşdü

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə görüşüb və ikitərəfli tərəfdaşlıq münasibətləri müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) X sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazirlər ikitərəfli əlaqələrin irəlilədilməsində yüksək səviyyəli təmasların, siyasi dialoqun və parlamentlərarası əlaqələrin, eləcə də Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası, Hökumətlərarası Komissiya və Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr də daxil olmaqla əsas mexanizmlərin mühüm rolunu vurğulayıblar.

Tarix
2026.09.23 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla