Yuxarı

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami məntiqsiz açıqlamalarına birini də əlavə edib. İranlı diplomatın sözlərinə görə, bölgədə sabitliyə və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında real güc balansı təmin edilməlidir. “Bu, olduqca vacibdir” deyən Şirqulami bildirib ki, İran regionda “yeni güc balansı”nın yaradılmasına çalışır və bu, “uzunmüddətli sülhün yeganə real təminatı”dır. Onun iddiasına görə, bu “balans” olmadan vəziyyət kövrək olaraq qalacaq, regionda sülhün təmin edilməsi üçün yalnız istək kifayət etmir. İran səfiri mövzunu bu cümlə ilə yekunlaşdırıb: “Bölgədə geosiyasi dəyişiklik qəbuledilməzdir. Bu, İranın fundamental mövqeyidir. Status-kvo mütləq qorunmalıdır”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Status-kvonu yaradan və qoruyan Azərbaycandır. İranlı diplomatın “məntiqinə” görə isə Azərbaycan Ermənistandan güclü olmamalı və ya tərsinə, Ermənistan Azərbaycan qədər güclü olmalıdır.

Birincisi, iki ölkə arasında əhali nisbətini dəyişmək mümkün deyil.

İkincisi, Tehran istəyir deyə, Azərbaycan hərbi büdcəsini azaldıb Ermənistanınkı qədər edə bilməz.

Səfirin başqa bir “məntiqinə” görə, Azərbaycanla Ermənistan arasında “güc balansını” qoruya biləcək ölkə İrandır.

İranın Ermənistandakı səfiri hər dəfə statusunu və həddini aşan açıqlamalar verir. O, bu açıqlamaları ya özbaşına verir, ya da Xarici İşlər Nazirliyindən aldığı təlimatı həyata keçirir. Hər nədirsə, səfirin bu açıqlamaları İran – Azərbaycan münasibətlərinə əlavə gərginlik yaradır”, - politoloq vurğulayıb.

Tarix
2026.09.23 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla