Yuxarı

Azərbaycanda yüksək vəzifəli şəxs cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yüksək vəzifəli şəxs cərimələndi

Şamaxı rayonunun Quşçu Bәlәdiyyәsinin sәdri cərimə olunub.

Axar.az Yurd.media-ya istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama zamanı Quşçu Bәlәdiyyәsi 2026-cı ildə yaşıllıqların uçotu, monitorinqi haqqında mәlumatları müvafiq icra hakimiyyәti orqanına tәqdim etmәyib.

Buna görә dә Şamaxı rayon Quşçu Bәlәdiyyәsi sәdri barəsində İnzibati Xәtalar Mәcәllәsinin 2531.1.3-cü maddәsi ilə protokol tərtib edilib.

Şamaxı Rayon Mәhkәmәsinin qərarı ilə inzibati xәta haqqında iş üzrә icraata xitam verilib.

Bu qərardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi apellyasiya şikayəti verib.

Şikayətdə bələdiyyə sədrinin barәsindә İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә inzibati xәta tәrkibinin mövcud olduğunun müәyyәn edilmәsi, barәsindә inzibati tәnbeh tәtbiq edilmәsi xahiş edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilib və Şamaxı Rayon Məhkəməsinin qərarı ləğv olunub.

Yeni qərara əsasən, Quşçu Bәlәdiyyәsinin sәdri İnzibati Xәtalar Mәcәllәsinin 253-1.1.3-cü maddәsi ilә tәqsirli bilinib və 1000 manat mәblәğindә cәrimә edilib.

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu Bәlәdiyyәsinin sədri Həbib Vəlican oğlu Həsənovdur.

Tarix
2026.09.23 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla