Yuxarı

Abbasovdan qələbə şərhi: Bütün gücümüzü qoyacağıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbasovdan qələbə şərhi: Bütün gücümüzü qoyacağıq

Bizə dəstəkləyən azarkeşlərə təşəkkür edirik. Bilirdik ki, oyun ağır keçəcək. Çünki heyətimiz də qarışıq idi.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına 1-0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ikinci hissədə daha fərqli oyun nümayiş etdirdiklərini bildirib.

Baş məşqçi matçın ikinci hissəsində zədələnən Abdulla Xaybullayevin durumunun yaxşı olduğunu qeyd edib.

Mütəxəssis UEFA Millətlər Liqasında qarşılaşacaqları Litva ilə matça ciddi hazırlaşacaqlarını qeyd edib. Onun sözlərinə görə, zədəli oyunçuların durumundan sonra qarşıdakı matç üçün heyət seçimi edəcəklər:

“Məqsəd C Liqasına qayıtmaqdır. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.

Tarix
2026.09.23 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla