Yuxarı

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Xəbər verdiyimiz kimi, bu gün Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

Axar.az xəbər verir ki, 2019-cu ildən CHP-dən Ankara Böyükşəhər Bələdiyyəsinin sədri olan 71 yaşlı Mansur Yavaş Türkiyənin ən nüfuzlu siyasətçilərindən biri hesab olunur.

1983-cü ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirib.

Siyasətə gənclik illərində Ülkü Ocakları vasitəsilə başlayıb. Millətçi Çalışma Partiyasının (MÇP), bu partiya bağlandıqdan sonra Millətçi Hərəkat Partiyasının (MHP) üzvü olub. Və ilk dəfə 1989-cu ildə Bəybazarı Bələdiyyəsinin Məclis üzvlüyünə də MHP-dən seçilib.

Millətçi baxışları ilə seçilən siyasətçidir. 2013-cü ildə MHP-dən ayrılıb CHP-yə keçəndən sonra belə Mansur Yavaş millətçi baxışlarını saxlaya bilib.

2014-cü ildə Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Melih Gökçekə 1 faiz səslə uduzan Mansur Yavaş 2016-cı ildə CHP-dən istefa verib.

2018-ci ildə yenidən partiyaya qayıdan Yavaş 1 il sonra keçirilən seçkilərdə Millət İttifaqının (CHP + İYİ Partiya) namizədi kimi 50,9 faiz səslə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.

2024-cü il seçkilərində 60,4 faiz səslə qalib gələn Yavaş hazırda Ankara Böyükşəhər Bələdiyyəsinin sədridir.

Ankara Bələdiyyə sədri kimi fəaliyyəti dövründə “Şəffaf, sosial, hesabatlı və istehsal edən bələdiyyə” modelini tətbiq edib. Bələdiyyə məclisi iclaslarının və tenderlərin canlı yayımı, şəffaflıq tədbirləri, büdcə kəsirinin azaldılması, israfın qarşısının alınması kimi tədbirləri ilə məşhurlaşıb.

Mansur Yavaş Türkiyədə bir sıra siyasətçilərdən fərqli olaraq, hər zaman populizmdən uzaq biri kimi tanınıb. Bunun nəticəsi olaraq da Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə seçildikdən sonra gördüyü işlərlə hər kəsin rəğbətini qazana bilib.

Mansur Yavaş Azərbaycana olduqca xoş münasibəti ilə də tanınan siyasətçilərdən hesab olunur. Müsahibələrinin birində Azərbaycanın Qarabağdakı zəfərini “gənclik xəyalı” adlandırmışdı.

Tarix
2026.09.23 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla