Yuxarı

Bu işlərdə çalışanların ödündə daş yaranır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu işlərdə çalışanların ödündə daş yaranır

Oturaq həyat tərzi öd daşına səbəb ola bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Olqa Çirkova öd kisəsi daşı xəstəliyinin səbəbləri haqqında danışıb.

Həkim Çirkova xatırladıb ki, öd kisəsi qaraciyər tərəfindən istehsal olunan ödü saxlayan kiçik əzələli bir orqandır:

"Öd bizə yağları həzm etmək və bağırsaq mikroflorasını qorumaq üçün lazımdır".

Çirkovanın sözlərinə görə, öd daşı xəstəliyinin inkişafına səbəb olan ümumi amillərdən biri oturaq həyat tərzidir:

"Oturaq həyat tərzi ilə öd öd kisəsində durğunlaşır və daş əmələ gətirir. Əgər onlar çoxalırsa və ya öd yoluna düşürsə, cərrahiyyə əməliyyatı lazımdır.

Artıq çəki də daş əmələ gəlməsinə səbəb olur: çəkiniz nə qədər çox olarsa, risk bir o qədər yüksəkdir. Qadınlar xüsusilə öd daşı xəstəliyinə həssasdırlar. Öd daşı ürək xəstəliyi riskini artırır.

Öd daşlarının mövcudluğunu müəyyən etmək bəzən mümkün deyil, çünki heç bir simptom müşahidə olunmur. Lakin daş hərəkət etdikdə və kanalda ilişib qaldıqda, tıxanmaya səbəb olduqda ağrı yaranır.

Bu ağrı bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Həkimə müraciət tələb edən təhlükəli bir vəziyyətdə ağrı güclənir, insanın dik durmasına mane olur və qızdırma və sarılıq da müşayiət oluna bilər”.

Tarix
2026.09.24 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla