Yuxarı

Bakı limanında tonlarla dizel xəbərsiz Rusiya gəmisinə yüklənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı limanında tonlarla dizel xəbərsiz Rusiya gəmisinə yüklənib

Türkmənistandan gətirdiyi kükürd yükünü Bakının Beynəlxalq Dəniz Ticarət Limanına boşaldıb, yenidən geri qayıtmalı olan Rusiyaya məxsus “Sulak” gəmisinin yanacağı tükənmək üzrə olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı gəminin məxsus olduğu şirkət yanacağın təmin olunması üçün “Geo Energy Baku” MMC-yə müraciət edib.

Maraqlıdır ki, “Geo Energy Baku” gəmiyə yanacağın vurulmasından ötrü ya yanacağın alındığı şirkətdən arayış, ya da ixrac bəyannaməsini təqdim etməli olduğu halda, bu qaydaya əməl olunmayıb.

Nəticədə gömrük orqanına məlumat verilmədən, 27,677 ton dizel yanacağı gömrük ərazisindən keçirilərək, gəmiyə yüklənilib.

Buna görə də, gömrük qaydalarını pozan şirkət barəsində bu ilin yanvarında protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə şirkətin inzabi qaydada cərimələnməsi ilə bağlı qərar çıxarıb.

Tarix
2026.01.30 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə ən çox zərər çəkmiş ölkələr sırasındadır!

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla