Yuxarı

İlham Rəhimova Rusiyada abidə qoyuldu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Rəhimova Rusiyada abidə qoyuldu - Foto

Dünən Sankt-Peterburq Dövlət Universitetində (SPbU) İlham Rəhimovun büstünün açılışı olub.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, tədbirdə SPbU rektoru Nikolay Kropacyev, Hüquq fakültəsinin dekanı Sergey Olennikov, həmçinin Rəhimovun ailə üzvləri və tələbə yoldaşları iştirak edib.

İlham Rəhimovun 75 illik yubileyinə həsr olunan açılışda çıxış edən rektor Nikolay Kropacyev bildirib ki, biz yalnız keçmiş böyük hüquqşünas məzunlarımızı xatırlamır, həm də çağdaşlarımızın fəaliyyətinə hörmət göstəririk.

Qeyd edək ki, İlham Rəhimov Leningrad Dövlət Universitetinin (indiki SPbU) 1975-ci il məzunu olub. Onun tələbə yoldaşları arasında Rusiya Prezidenti Vladimir Putin, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və sabiq daxili işlər naziri Vitali Mozyakov kimi məşhur şəxslər var.

"Forbes" məlumatlarına görə, 2014-cü ildə Rəhimovun sərvəti yarım milyard ABŞ dolları dəyərində qiymətləndirilmişdi. O, həmin vaxt Moskva ticarət mərkəzlərində pay sahibi idi: “Evropeyskiy”, “Panorama”, həmçinin “Sadovod” bazarında və “Ukraina” otelində payları vardı.

İlham Rəhimov hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının üzvü və Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır.

Tarix
2026.01.22 / 15:20
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla