Yuxarı

Britaniyada İranın 100 milyonluq mülkü müsadirə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyada İranın 100 milyonluq mülkü müsadirə edildi

İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi İran Milli Neft Şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin "Crescent Petroleum" şirkətinin işi üzrə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Məlumata görə, İran Milli Neft Şirkətinin Londonda dəyəri 100 milyon funt-sterlinq (təxminən 125 milyon dollar) olan binası müsadirə edilib.

"Mülk indi Britaniya məhkəmə sisteminin tam nəzarəti altındadır və ondan "Crescent"ə beynəlxalq arbitraj məhkəməsinin qərarında müəyyən edilmiş 2,4 milyard dollardan çox zərərin bir hissəsini kompensasiya etmək üçün istifadə edəcək", - məlumatda bildirilib.

Qeyd edək ki, “Crescent müqaviləsi” kimi tanınan iş 2002-ci ildə İran Milli Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Crescent Group"u arasında bağlanmış qaz tədarükü müqaviləsidir. Mübahisə İran Milli Neft Şirkətinin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi ilə başlayıb və bu, işin beynəlxalq arbitraja çıxarılmasına səbəb olub.

Tarix
2025.10.07 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla