Yuxarı

Tramp Putini necə aldadıb? - Alyaska görüşünün sirləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Putini necə aldadıb? - Alyaska görüşünün sirləri

Tramp və Putinin 15 avqustda baş tutan Alyaska görüşünün detalları hələ də müzakirə mövzusudur. Görüşlə bağlı rəsmi məlumatlar kifayət qədər qıt idi, bu da müxtəlif versiyaların yayılmasını şərtləndirdi.

- Görüşdə nələr müzakirə edilib, nələr razılaşdırılıb?

- Görüşün məhz Alyaskada keçirilməsi təşəbbüsü hansı tərəfə məxsus idi?

Bu və digər suallar açıq olaraq qalır.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Putin “Valday” klubunda sualları cavablandırarkən, eyni məsələ yenidən gündəmə gəlib. Rusiyalı tədqiqatçı, beynəlxalq məsələlər üzrə ekspert Fyodor Lukyanov soruşub: “Alyaskada görüşmək kimin ideyası idi?”

Putin isə cavabında bunu açıqlamayıb, sadəcə qeyd edib ki, nə fərqi var, əsas odur ki, görüşdük.

“Moskovski Komsomolets” nəşri iddia edir ki, Alyaska görüşünün təfərrüatını mənbələrdən əldə edib. İddiaya görə, görüşün Alyaskada keçirilməsi təşəbbüsü Putinə məxsus olub: “İki prezident arasında görüş üçün ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərini təklif edəcəyi proqnozlaşdırılan idi. Amerikanın ikinci ideyası isə Şotlandiya ola bilərdi, hərçənd, orada siyasi elita Putinə nifrət edir. Daha sonra Putin Alyaskanı təklif etdi və qəbul olundu”.

Nəşr iddia edir ki, Moskvada Trampın nümayəndəsi Stiv Uitkoffla görüş zamanı Putin ABŞ-ın sülh planı ilə razılaşıb.

“Lakin Putin Alyaskada Ukrayna qoşunlarının tamamilə Donbasdan çıxarlılmasını tələb etdi, Tramp isə bunu nəzərə alacağını və sonra cavab verəcəyini deyib. Lakin cavab sükutla əvəzləndi və bu, hər kəsin qəbul etdiyi “susmaq razılıq əlamətidir” demək deyil, əksinə, fikir ayrılığından qaynaqlanır”, - nəşr yazır.

Görünür, Tramp Alyaskada Putinə müəyyən vədlər verərək, onu aldadıb.

Tarix
2025.10.08 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla