ABŞ Prezidenti Donald Tramp ən çox bitkoinə sahib olan şəxslərdən biridir.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, onun təxminən 870 milyon dollar dəyərində bitkoini var.
Maraqlıdır ki, bu böyük sərvət prezidentin rəsmi maliyyə açıqlamalarında yer almır və "Trump Organization" saytında qeyd edilmir. Çünki Tramp öz payını "Truth Social"ın operatoru olan "Trump Media Technology Group" (TMTG) hesabında saxlayır.
TMTG bu ilin may ayında səhm satışı vasitəsilə 2,3 milyard dollar cəlb edib. İyul ayında TMTG bu vəsaitləri 2 milyard dollar dəyərində bitkoin almaq üçün istifadə edib. Səhm satışı nəticəsində Trampın TMTG-dəki payı 52%-dən 41%-ə düşüb. Ancaq şirkətin böyük miqdarda bitkoin alışından sonra kriptovalyutanın qiyməti təxminən 6% artıb, beləliklə, Trampın bu kriptovalyutada şəxsi payı 870 milyon dollara çatıb. Bu isə Trampı Uinklvoss qardaşları (8 milyard dollarlıq bitkoin sahibidirlər) və Maykl Seylor (təxminən 5 milyard dollarlıq bitkoini var) kimi əsas kriptovalyuta milyarderləri ilə eyni mərtəbəyə yüksəldir.