Yuxarı

Vitse-prezident sərxoş halda aeroportda dava saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vitse-prezident sərxoş halda aeroportda dava saldı

Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç fevralın 26-da axşam saatlarında Almaniyanın Frankfurt şəhərində sərxoş vəziyyətdə saxlanılıb.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, alman polisi saxlanılan zaman siyasətçinin həddən artıq sərxoş olduğunu, ayaq üstə güclə dayandığını bildirib.

Hətta Protaseviç aeroportun əməkdaşlarını, gömrük işçilərini və polisləri təhqir edərək, "Hayl Hitler" işarəsi ilə onları nasist adlandırıb.

Bundan başqa o, qışqıraraq aeroport əməkdaşlarının hamısının "Osvensim" həbs düşərgəsində işləməli olduqlarını da deyib.

Siyasətçi özü isə ayıldıqdan sonra almanların onun haqqında şişirtmə məlumatlar yaydığını, əksinə onların özlərini pis apardıqlarını və ona qarşı kobud davrandıqlarını deyib.

Vitse-prezident həmçinin, diplomatik toxunulmazlığının olmasına baxmayaraq yüklərinin yoxlanılmasından da şikayətlənib.

Protaseviç insidentlə bağlı Avropa Parlamentinin spikeri Martin Şultsa da şikayət etdiyini deyib.

Buna baxmayaraq, Protaseviç aeroportun təhlükəsizlik kameralarının lentə aldığı görüntülərin yayımlanmasının əleyhinə olmadığını açıqlayıb. Siyasətçi özünü həddən artıq emosional apardığını da inkar etməyib.

Tarix
2014.02.28 / 11:54
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla