Xəbərdarlıq: Səhər yeməyində çörək yeyənlər...
01:55
| Ana səhifə Planet |
|
HƏMAS hərəkatı üç israilli girovun meyitini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, meyitlər İsrailin Qəzza zolağındakı hərbi qüvvələrinə təhvil veriləcək.
"HƏMAS razılaşmaya əməl etməli və həlak olan girovların meyitlərini geri qaytarmaq üçün bütün lazımi səyləri göstərməlidir", - deyə bildirilib.
|
Tarix
2025.11.02 / 23:25
|
Müəllif
Axar.az
|