Yuxarı

Qiyamət olacaq, vaxtımız yoxdur! – General həyəcan təbili çaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qiyamət olacaq, vaxtımız yoxdur! – General həyəcan təbili çaldı

Almaniyanın yüksək vəzifəli hərbi rəsmilərindən biri, general-leytenant Andre Bodemann “Almaniya Əməliyyat Planı”nın təfərrüatını açıqlayaraq, Rusiya ilə gələcək müharibənin qiyamətə səbəb olacağını bildirib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə “Die Zeit”ə müsahibəsində danışıb.

Generalın fikrincə, ölkə bir nömrəli hədəfdir və almanlar xaosa, təxribatçılara və hərtərəfli hibrid hücuma hazırlaşmalıdırlar.

Bodemann qeyd edib ki, bu çılğın plana görə, bütün mülki insanların həyatı risk altında olacaq:

“Haker hücumlarına görə bankomatlar nağd pul verməyi dayandırarsa və ya supermarketdə qəfildən ödəniş etmək mümkün olmazsa, insanlar ciddi təşviş içində olacaqlar”.

Bodemann tək ordunun kifayət etməyəcəyini etiraf edib və strateji körpülərin mühafizəsi üçün hətta 60 yaşlı təqaüdçülərin də göndərilməsini ciddi şəkildə təklif edir. O, müsahibənin sonunda “vaxtımız yoxdur!” deyərək gərginliyi daha da artırıb.

Qeyd edək ki, bu bəyanat Almaniyanın hərbi rəhbərliyi tərəfindən irəli sürülən ümumi xəttin bir hissəsidir. Bundan əvvəl Birləşmiş Qüvvələr komandanı general Aleksandr Sohlrank münaqişə baş verəcəyi təqdirdə 800 minə qədər NATO əsgərinin Almaniya ərazisindən keçə biləcəyini bildirmiş və Rusiyanın “sabah zərbə endirə biləcəyi” xəbərdarlığını etmişdi.

Tarix
2025.11.09 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla