Yuxarı

Ukraynadan Qazaxıstanın etirazına cavab...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan Qazaxıstanın etirazına cavab...

Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna dair Qazaxıstanın narahatlığını nəzərə alıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Qazaxıstan tərəfinin XBKK-yə hücumla bağlı etirazına cavab olaraq yaydığı bəyanatda qeyd olunub.

"Qeyd edirik ki, Ukrayna tərəfinin heç bir addımı Qazaxıstan Respublikası və ya digər üçüncü tərəflərə qarşı yönəlməyib, – Ukraynanın bütün səyləri genişmiqyaslı Rusiya təcavüzünün dəf edilməsinə istiqamətlənib... Bir daha vurğulayırıq ki, Qara dəniz regionunda və onun hüdudlarından kənarda yeganə destabilizasiya faktoru və təhlükəsizlik çağırışlarının səbəbi Rusiyanın təcavüzüdür", – bəyanatda bildirilib.

Ukrayna XİN həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri təcavüzçünün hərbi-sənaye potensialını sistemli şəkildə zəiflədir, onu işğalçı müharibə aparmaq imkanlarından məhrum edir:

"Yekunda qazax xalqına dəyişməz hörmətimizi və Qazaxıstan Respublikası ilə dostluq və praqmatik münasibətlərin inkişafına sadiqliyimizi təsdiqləyirik. Bu münasibətlər xalqlarımız arasında tarixi olaraq möhkəm bağların səviyyəsinə uyğundur".

Tarix
2025.11.30 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla