Yuxarı

Hitlerin sağ əlinin gündəlikləri tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hitlerin sağ əlinin gündəlikləri tapıldı

III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri Henrix Himmlerin itkin düşmüş gündəlikləri tapılıb.

Axar.az Bild-ə istinadən xəbər verir ki, sözügedən gündəliklər Podolsk şəhərindəki hərbi arxivdə tapılıb. Gündəlik hissələri 1938, 1943 və 1944-cü illəri əhatə edir.

Sözügedən qeydlərdən məlum olur ki, Himmlerin iş qrafiki çox gərgin olub: o, 1943-1945-ci illəri əhatə edən fəaliyyəti dövründə hərbçilər, polis zabitləri və Nasist Partiyasının nümayəndələri ilə 1600-dən çox görüş keçirib.

İstirahət edə bilmək üçün Himmler Buhenvald həbs düşərgəsinin yaxınlığındakı kazinoda vaxt keçirib.

Qeydlərdə Himmlerin səhər minlərlə insanın ölüm hökmünə imza atdıqdan sonra axşam nasist zabitlərinin ziyafətlərində necə iştirak etdiyi də yer alıb.

Hətta gündəlikdə reyxsfürerin massaj seansından sonra 10 polyakın güllələnmə əmrini necə rahatlıqla verdiyi də yazılıb.

Bununla yanaşı, qeydlərdən Himmlerin öz qızı Qudrinə tez-tez zəng vurduğu və onu nəvazişlə Puppi adlandırdığı da məlum olur.

Tarix
2016.08.04 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla