Yuxarı

Obama: Putinin bizim kimi dəyərləri yoxdur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama: Putinin bizim kimi dəyərləri yoxdur

Dünən Amerikanın ABC televiziya kanalında çıxış edən Barak Obama Rusiya prezidenti ilə fikir ayrılıqları olduğunu bildirərək, "Putinin bizim kimi dəyərləri yoxdu"- deyib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Obama çıxışında Rusiya-Suriya mövzusundakı müzakirələr barədə açıqlamalar verib. Putinlə bir çox mövzuda razılığa gələ bilmədiklərini deyən Obama, "Putinin bizim dəyərlərə oxşar dəyərlərə sahib olduğunu düşünmürəm" deyə vurğulayıb.

Obama Putinin "Nyu York Tayms" üçün yazdığı məqalədə "kimyəvi silahların Əsəd rejimi deyil, müxalif qüvvələr tərəfindən istifadə edildiyi" istiqamətindəki fikirlərinə cavab verərək, "Dünyada heç kim bu cinayəti müxaliflərin işlədiyini ciddi qəbul etməz", - deyib.

Obama "Putinin vaxtı uzatdığına və sizinlə oyun oynadığına dair heç narahatlığınız yoxdur ki?" sualına cavab olaraq, Ronald Reyqanın "Güvən, amma ehtiyat et" fikrini xatırladıb. Obama Putinlə bir çox mövzuda anlaşılmazlıq yaşadığını bildirərək, "Ancaq onunla danışa bilərəm. Vacib mövzularda birlikdə işləyirik", deyib.

Xarici İşlər Naziri Con Kerri və onun həmkarı Sergey Lavrovla Suriya mövzusunda müzakirələr apardığını qeyd edən Obama Əsəd rejiminin kiməyi silahları təhvil verməsinin nə qədər çəkəcəyi barədə dəqiq bir söz deməyib.

http://www.haberler.com/obama-putin-in-bizimkine-benzer-degerlere-sahip-5063596-haberi/

Tarix
2013.09.16 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla