Yuxarı

Digərləri ratifikasiya edib, yalnız İran qalıb - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Digərləri ratifikasiya edib, yalnız İran qalıb - Lavrov

Rusiya ümid edir ki, İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı 2026-cı ilin avqustunda Tehranda keçiriləcək Xəzəryanı dövlətlərin sammitinə qədər ratifikasiya edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN rəhbəri xatırladıb ki, "Xəzər beşliyi" ölkələrinin hamısı dənizin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.

"Növbədə yalnız İran İslam Respublikasıdır. Dünyada və Avrasiyanın bu hissəsində hadisələrin sürətli və gərgin inkişafını nəzərə alaraq, Xəzəryanı olmayan ölkələrin region işlərinə qarışmaması prinsipini qəti şəkildə təsbit etmək vacibdir. Buna görə də biz Tehranın bu konvensiyanı ratifikasiya etməsinə böyük ümid bəsləyirik", – Lavrov vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb ki, İran 2026-cı ilin avqustunda Tehranda Xəzəryanı dövlətlərin növbəti sammitini keçirmək təşəbbüsü ilə çıxış edib:

"Ümid edirəm ki, həmin tədbirə qədər konvensiya artıq beynəlxalq-hüquqi və praktiki müstəvidə tam şəkildə fəaliyyət göstərəcək”.

Tarix
2025.12.16 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla