Yuxarı

ABŞ və Ukrayna “kölgə donanması”na qarşı hərəkətə keçib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və Ukrayna “kölgə donanması”na qarşı hərəkətə keçib

Ukraynanın Qara dənizdə neft tankerlərinə endirdiyi son dron zərbələri və amerikalıların Karib dənizində bir tankeri müsadirə etməsi dönüş nöqtəsi olub. Bu hadisələr ABŞ və Ukraynanın Rusiya və Venesuelanın istifadə etdiyi “kölgə donanması”na qarşı sinxron təzyiqinin başlandığını göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Windward” şirkətinin dəniz kəşfiyyatı üzrə baş analitiki Mişel Vize Bokman “Foks Nyus” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, “kölgə donanması” 1000-ə qədər neft tankerindən ibarətdir:

“Dünyada sanksiyalara baxmayaraq, İran, Venesuela və Rusiya xam neftini daşıyan təxminən 1000 gəmi var. Bu gəmilər həmin ölkələrin rejimləri üçün bir növ xilas xəttidir. Onlar neftin daşınması yolu ilə Ukraynadakı müharibənin maliyyələşdirilməsi üçün vəsait əldə etmək, həmçinin Maduro rejiminə qeyri-qanuni şəkildə pul axınını təmin etmək üçün istifadə olunur”.

Onun sözlərinə görə, indi ABŞ və Ukrayna bu gəmilərə hücum etməyə hazır olduqlarını açıq şəkildə göstəriblər:

“Bu, sanksiyalara baxmayaraq neft gəlirlərinin əldə edilməsində əsas rol oynayan “kölgə donanması”na qarşı mübarizədə yeni strategiyadır”.

Tarix
2025.12.16 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla