Yuxarı

Bu ölkədə yeniyetmələrə sosial şəbəkələr qadağan edilə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə yeniyetmələrə sosial şəbəkələr qadağan edilə bilər

Cənubi Koreyada yeniyetmələri zərərli kontentdən qorumaq üçün onların sosial mediadan istifadəsi qadağan oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Media Kommunikasiya Komissiyasının (KMKK) rəhbəri vəzifəsinə namizəd Kim Conq Çol bildirib.

O, deputatların Avstraliyada tətbiq olunan oxşar qadağanın Cənubi Koreyada da mümkünlüyü barədə sualını cavablandırarkən deyib ki, bu, tamamilə lazımlıdır.

Bununla belə KMKK açıqlama yayaraq vurğulayıb ki, Kim Conq Çolun fikirləri komissiyanın 16 yaşdan aşağı yeniyetmələrin sosial mediadan istifadəsini qadağan etməsini nəzərdə tutmur:

“Bu o deməkdir ki, biz valideynlərin və ya qanuni qəyyumların razılıq tələblərinin sərtləşdirilməsi də daxil olmaqla bir sıra siyasi alternativləri araşdıracağıq”.

Qeyd edək ki, bu yaxınlarda Avstraliya hökuməti yaşı 16-dan aşağı olanların İnstaqram, X və Tiktok da daxil olmaqla, sosial mediadan istifadəsinə qadağa qoyub. Hökumət sosial medianın uşaq və yeniyetmələrə mənfi təsirlərini, habelə onların kiber zorakılığa, onlayn fırıldaqçılığa və digər zərərli məzmuna məruz qalması narahatlığını əsas götürərək belə qərar qəbul etdiyini açıqlayıb.

Tarix
2025.12.17 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla