Yuxarı

Meloni dünya liderlərindən aldığı hədiyyələri satır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meloni dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərdən aldığı qiymətli hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

“Siyahıda ümumilikdə 270 əşya var. Bunların arasında Özbəkistan Baş nazirinin qızıl və brilyant üzük hədiyyəsi, Slovakiya liderindən zərgərlik dəsti hədiyyəsi (broş, üzük və sırğalar), Narendra Modinin Qandinin gümüş büstü bəxşişi, Viktor Orbanın çini qab hədiyyəsi və Zelenskidən lövhə hədiyyəsi yer alır. Həmçinin dizayner mebelləri, brend aksessuarlar və geyimlər, eləcə də dünyanın hər yerindən ənənəvi geyimlər də satış siyahısındadır. Hədiyyələrin ilkin dəyəri 800 milyon avrodan çoxdur. Üstəlik, bir çox əşyalar tarixi və ya mədəni dəyər daşıdığı üçün son məbləğ daha da yüksək ola bilər”, - məlumatda deyilib.

Qanuna görə, dövlət başçısı 300 avrodan çox dəyərində hədiyyələrdən istifadə edə bilməz, onlar Palazzo Kijidəki xüsusi anbarda saxlanılır, məhz buna görə də sözügedən hədiyyələrin satışlarından əldə edilən gəliri yoxsullara kömək üçün istifadə etmək qərarı verilib.

Tarix
2025.12.17 / 10:18
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla