Yuxarı

Hindistan hökumətinə qarşı etiraz aksiyaları keçirilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan hökumətinə qarşı etiraz aksiyaları keçirilir

Bakı Təşəbbüs Qrupu dünyanın müxtəlif ölkələrində neokolonializmin yeni və təhlükəli təzahürlərini araşdırmaq və ifşa etmək istiqamətində nəticəyönümlü fəaliyyətini davam etdirir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu xüsusda Hindistanın Baş naziri Narendra Modinin siyasətinə qarşı dünyanın müxtəlif ölkələrində baş tutan etiraz aksiyaları diqqəti çəkir.

Belə aksiyalardan biri dekabrın 24-də Vaşinqton, Toronto, Vankuver, London, Milan və Melburn kimi dünyanın müxtəlif şəhərlərində siqh fəalları və “Sikhs for Justice” (SFJ) təşkilatının üzvləri tərəfindən Hindistan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirilmişdir. Etiraz aksiyalarının əsas məqsədi siqh fəal Hardeep Singh Nijjarın və Osman Hadinin qətlləri ilə bağlı Hindistanın məsuliyyət daşıdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olmuşdur.

Qeyd edək ki, Osman Hadi Hindistanın Baş naziri Narendra Modinin siyasətini açıq şəkildə tənqid etməsi ilə tanınırdı. Onun “Modinin casuslarını tutun! Onları həbs edin!” məzmunlu şüarlarının sosial mediada geniş yayılmasından sonra Hadi müxtəlif təhdidlər almış, qısa müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilmişdir. Osman Hadi dekabrın 12-də Banqladeşin paytaxtı Dəkkə şəhərində silahlı hücum nəticəsində ağır yaralanmış və dekabrın 15-də xəstəxanada vəfat etmişdir.

Kanadalı siqh fəal Hardeep Singh Nijjar isə 2023-cü ildə Kanadanın Brampton şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir. Siqhlər bu qətlin arxasında Hindistan hökumətinin durduğunu iddia edirlər.

“Ədalət üçün siqhlər – SFJ” təşkilatı sözügedən etiraz aksiyalarını “Hindistanın transmilli terrorizmi – Dəkkədən Vaşinqtona qədər” (India’s Transnational Terrorism — From Dhaka to DC) adı altında təşkil etmişdir. Fəallar Hindistanın diplomatik nümayəndəlikləri qarşısında aksiyalar keçirərək Hindistan hökumətini “beynəlxalq siyasi terror” həyata keçirməkdə ittiham etmişlər.

Aksiyalar zamanı iştirakçılar “Osman Hadini kim öldürdü? Hindistan!”, “Nijjarı kim öldürdü? Hindistan!”, “Hindistan səfirliklərini bağlayın — onlar terror yuvalarıdır!” və “Hindistan dünyanın düşmənidir!” kimi şüarlar səsləndirmişlər.

Fəallar iddia etmişlər ki, Hindistanın Baş naziri Narendra Modinin rəhbərliyi altında ölkədə tənqidçi səsləri susdurmaq və təsir dairəsini qorumaq məqsədilə “transmilli repressiya siyasəti” həyata keçirilir. Onların fikrincə, Osman Hadi və Hardeep Singh Nijjar məhz bu siyasətin qurbanları olmuşlar. Etirazçılar, həmçinin, Birləşmiş Ştatları və digər beynəlxalq tərəfdaşları sözügedən iddiaları ciddi şəkildə araşdırmağa və Hindistan hökumətinə qarşı müvafiq tədbirlər görməyə çağırmışlar.

Kanadanın Vankuver şəhərində keçirilən yürüşdə iştirakçılar Hindistan səfirliyinə qədər yürüyərək Modi və Hindistan Kəşfiyyat Xidmətini bu qətllərdə məsuliyyət daşımaqda ittiham etmişlər. Fəallar həmçinin “Modi üçün simvolik cənazə mərasimi” keçirərək Hadinin ölümünü “söz azadlığına qarşı törədilmiş cinayət” kimi qiymətləndirmişlər.

“Sikhs for Justice” təşkilatı bəyan etmişdir ki, bu aksiyalar yalnız Osman Hadi və Hardeep Singh Nijjar üçün ədalət tələb etmək məqsədi daşımır, həm də Hindistanın diaspor üzərində yaratdığı qorxu siyasətinə qarşı müqavimət hərəkatıdır.

Qeyd edək ki, Xalistan hərəkatı uzun illərdir Hindistanın Pəncab bölgəsində müstəqil dövlət qurulmasını tələb edir.

Aksiyaların sonunda “Sikhs for Justice” təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edərək Hindistan səfirliklərinin fəaliyyətinin araşdırılmasını, Osman Hadi və Hardeep Singh Nijjarın qətllərinin beynəlxalq istintaqa təqdim edilməsini və diaspor fəallarının təhlükəsizliyinin təmin olunmasını tələb etmişdir.

Tarix
2025.12.25 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...

Azərbaycandan alırıq, qalır satmaq...

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla