Yuxarı

Tokayev: Qafqaz və Mərkəzi Asiyanın ən böyüyü bizik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayev: Qafqaz və Mərkəzi Asiyanın ən böyüyü bizik

Bu il beynəlxalq görüşlər nəticəsində ümumi dəyəri 70 milyard dollardan çox olan ticarət müqavilələri imzalanıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

Dövlət başçısı bildirib ki, Qazaxıstan qonşuları və bütün maraqlı dövlətlərlə ardıcıl olaraq dostluq münasibətləri və hərtərəfli əməkdaşlıq qurub:

“Məqsədimiz aydındır: bu, ölkənin suverenliyini möhkəmləndirmək, Qazaxıstanın təhlükəsizliyi və sosial-iqtisadi inkişafını təmin edən problemləri həll etməkdir. Hər bir zirvə, hər bir yüksək səviyyəli görüş və biznes forumu ölkəmizin beynəlxalq nüfuzunu artırır və iqtisadi potensialını gücləndirir”.

Qasım-Jomart Tokayev qeyd edib ki, hazırda dünyada investisiya qoyuluşu uğrunda şiddətli rəqabət mövcuddur:

“Biz bundan kənarda qala bilmərik. Biz Mərkəzi Asiyada və Qafqaz regionunda ən böyük iqtisadiyyatıq. Hökumətin üzərinə keyfiyyətli artımı təmin etmək vəzifəsi düşür. Hökumət və Milli Bank mövcud mürəkkəb və hətta müstəsna hallarda akademik və pedantik yanaşmalardan azad olan konkret qərarlar barədə razılığa gəlməlidirlər.

Təkcə bu il beynəlxalq görüşlər nəticəsində ümumi dəyəri 70 milyard dollardan çox olan ticarət müqavilələri imzalanıb. Bunun sayəsində ölkəmizdə müasir müəssisələr açılır və keyfiyyətli iş yerləri yaradılır”.

Tarix
2025.12.25 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla