Yuxarı

Yanvarda Ukraynanın taleyi ilə bağlı mühüm qərar veriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanvarda Ukraynanın taleyi ilə bağlı mühüm qərar veriləcək

2026-cı ilin yanvarında Parisdə keçiriləcək "İstəklilər koalisiyası"nın iclasında Ukrayna üçün Avropa və ABŞ-dan təhlükəsizlik zəmanətləri üzrə işlər başa çatdırılacaq.

Axar.az xəbər verir ki, bu barədə “European Pravda” qəzeti Yelisey sarayının rəsmisinə istinadən məlumat yayıb.

Mənbəyə görə, təhlükəsizlik təminatları Ukraynada xarici kontingentin olması və NATO Nizamnaməsinin 5-ci maddəsinə oxşar öhdəliklər daxil olmaqla, üç mərhələdən ibarət olacaq:

"Sözügedən koalisiyanın növbəti iclası yanvarın əvvəlində baş tutmalıdır. Təhlükəsizliyin təminatının birinci xətti ön cəbhədə dayanacaq güclü Ukrayna ordusuna koalisiyanın göstərəcəyi uzunmüddətli dəstək olacaq. Təhlükəsizlik təminatının ikinci xətti Ukraynada koalisiya ölkələrinin silahlı qüvvələrinin olmasıdır. Bu qoşunlar Ukrayna ordusuna strateji dəstək siqnalına çevrilmək niyyətindədir. Üçüncü xətt xüsusilə ABŞ tərəfindən verilən zəmanətlərə əsaslanacaq. Bu təminatları NATO-nun 5-ci maddəsi tipli forma adlandırmaq olar".

Tarix
2025.12.29 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla