Yuxarı

Ruslar cəbhədə elə bir top itirdilər ki... - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar cəbhədə elə bir top itirdilər ki... - Ekspert

Ukraynanın "Raid" pilotsuz uçuş aparatlarının operatorları 1950-ci illərdə hazırlanmış və istehsal olunmuş nadir 122 mm-lik D-74 korpus artilleriya topunu aşkar edərək məhv ediblər.

Axar.az xəbər verir ki, bu barədə "Defense Express" şirkətinin eksperti İvan Kiriçevski məlumat verib.

Onun sözlərinə görə, belə köhnəlmiş artilleriya sisteminin istifadəsi elə də əhəmiyyətli deyil, əsas onun mənşəyi məsələsidir, çünki D-74 rəsmi olaraq Rusiya Silahlı Qüvvələrində saxlanılan silahlar arasında siyahıya alınmayıb:

"Əlbəttə ki, bu D-74-lərin işğalçılar üçün anbarda olması ehtimalını istisna edə bilmərik, onlar sadəcə əvvəllər məlum olmayan "hesablanmamış ehtiyatlar" idi. Lakin başqa bir variant daha çox ehtimal olunur: Rusiya ordusu D-74-lərini bu artilleriya sistemlərinin hələ də xidmətdə olduğu Şimali Koreyadan almış ola bilər".

Bildirilib ki, D-74 topunun əsas xüsusiyyəti onun 23,9 km-ə qədər nominal atəş məsafəsidir. Bu, maksimum atəş məsafəsi təxminən 16 km olan D-30 122 mm haubitsasından xeyli böyükdür. Bu xüsusiyyət D-74-ü düşmən üçün cəlbedici edir, çünki artilleriya sistemlərinin təmas xəttindən xeyli məsafədə yerləşdirilməsinə imkan verir və Ukrayna dronlarının vurulma riskini azaldır.

Tarix
2025.12.30 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla