Yuxarı

Rusiyadan ABŞ-a sorğu: Bu tankeri saxlama!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ABŞ-a sorğu: Bu tankeri saxlama!

Rusiya hökuməti Atlantik okeanında ABŞ Sahil Mühafizəsindən gizlənərək Venesuelaya doğru hərəkət edən neft tankerinin təqibinin dayandırılması tələbi ilə ABŞ-a rəsmi diplomatik sorğu göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Qeyd olunur ki, sorğu Yeni il ərəfəsində gecə saatlarında ABŞ Dövlət Departamentinə və Ağ Evin Milli Təhlükəsizlik Şurasına göndərilib. Rusiyanın ABŞ-dan gəminin təqibini dayandırmaq tələbi Ukrayna üzrə sülh danışıqlarına yeni bir nüans əlavə edə bilər.

Bildirilir ki, Amerika qüvvələri “Bella 1” adı ilə tanınan tankeri artıq təxminən iki həftədir izləyir. Sözügedən gəmini bir dəfə ABŞ Sahil Mühafizəsi saxlamağa çalışsa da, gəmi “saxlama əmri”nə tabe olmayaraq geri qayıdıb. Daha sonra isə gəminin göyərtəsində Rusiya bayrağı dalğalandırılıb və radio vasitəsilə sahil mühafizəsinə Rusiya nəzarəti altında olduqlarını bildiriblər. Gəmi bu yaxınlarda yeni “Marinera” adı ilə Rusiyanın rəsmi gəmi reyestrinə daxil edilib.

Anonimlik şərti ilə danışan amerikalı rəsmi bildirib ki, Tramp administrasiyası tankeri hələ də “dövlətsiz” hesab edir, çünki sahil mühafizəsi ona ilk dəfə yaxınlaşanda gəmi saxta bayraq altında hərəkət edirdi:

“Beynəlxalq hüquqa görə, “Bella 1” üçün Rusiyanın himayəsinin əldə edilməsi ehtimalı az olsa da, Rusiyanın diplomatik müdaxiləsi ABŞ-ın Venesuela ilə davam edən münaqişəsi fonunda tankeri ələ keçirmək cəhdlərini çətinləşdirə bilər”.

Qeyd edək ki, daha öncə "Bella 1" gəmisinin ABŞ tərəfindən saxlanıldığı xəbəri yayılmışdı.

Tarix
2026.01.02 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla