Yuxarı

Maduro belə ələ keçirilib: MKİ-nin misilsiz əməliyyatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maduro belə ələ keçirilib: MKİ-nin misilsiz əməliyyatı

Maduronu Mərkəzi Kəşfiyyat İdarəsinə yaxın çevrəsindən olan şəxs satdı.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, MKİ-nin kiçik qrupu avqustun əvvəlində Venesuelada gizli fəaliyyətə başlayıb:

“Əməliyyat planında Maduronun yaxın çevrəsindən olan bir şəxs — diktatorun şəxsi iqamətgahına məhdudiyyətsiz giriş hüququ olan bir köstəbək iştirak edib.

“Bu qrup diktatoru həm də dronlardan istifadə edərək izləyirdi. Agentlər onun necə hərəkət etdiyini, harada yaşadığını, hara getdiyini, nə yediyini, nə geyindiyini, hətta hansı ev heyvanlarına sahib olduğunu öyrənirdilər”, - ABŞ hökumətinin baş hərbi müşaviri Den Keyn bildirib.

Keynin sözlərinə görə, Maduronun ələ keçirilməsində mikrodronlardan istifadə edilib:

“Onlar iqamətgahın real vaxt rejimində 3D xəritəsini yaratdılar. Bu, əsgərlərə dəbilqələrindəki displeylər vasitəsilə maneələri, cangüdənləri və Maduronun özünü görməyə imkan verdi. Biz sözlə, divarın o üzünü belə”.

“Nyu York Tayms” yazıb ki, bununla belə, MKİ-nin köstəbəyi həlledici faktor olub:

“O, Maduronun yataq otağına və seyf otağına açılan nəhəng polad qapıların kilidlənərkən qısa mexaniki gecikmə olduğunu bildirdi. “Delta Fors” da prezidenti ələ keçirmək üçün cəmi bir neçə saniyəlik bu pəncərədən istifadə etdi. Köstəbək həmçinin Maduronun yataq otağına getdiyini və mühafizəçilərinin rahat olduqlarını şifrələnmiş kanal vasitəsilə təsdiqləyib”.

Tarix
2026.01.05 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla