Yuxarı

Almaniya bu dövlətin müstəqilliyini tanıdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya bu dövlətin müstəqilliyini tanıdı

Almaniya Sakit okeanın cənubunda yerləşən Niue dövlətinin suverenliyini tanımaq və onunla diplomatik əlaqələr qurmaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius deyib.

O bildirib ki, bu addım “mavi qitə” ilə əlaqələrin dərinləşməsinin göstəricisidir.

Korneliusun sözlərinə görə, Niue də daxil olmaqla, 18 ölkə və dənizaşırı əraziləri əhatə edən Sakit Okean Adaları Forumu iqlimin qorunması sahəsində də mühüm tərəfdaşdır.

"Biz onlarla əməkdaşlığı gücləndirmək istərdik. Niuenin beynəlxalq hüquqi tanınması və onunla diplomatik münasibətlərin qurulması buna kömək edəcək", - Kornelius vurğulayıb.

Qeyd edək ki, Niue adası Avstraliya sahillərindən təxminən 4500 kilometr şərqdə və Yeni Zelandiyadan 2400 kilometr şimal-şərqdə yerləşir.

Tarix
2026.01.07 / 23:29
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla