Yuxarı

Stalin Hitlerə sərfəli sülh təklif etmişdi, indi də Putin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stalin Hitlerə sərfəli sülh təklif etmişdi, indi də Putin...

Ukrayna sülhə yaxınlaşmaq üçün son dərəcə ağrılı kompromislərə razılaşıb, lakin Rusiya hələ də barışmaz mövqeyini nümayiş etdirir və bu vəziyyətdən ölkəmiz fayda əldə edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya-Ukrayna müharibəsinin veteranı, "Aydar" batalyonunun sabiq tağım komandiri Yevgeni Dikiy bildirib.

O hesab edir ki, hazırda sülh danışıqları əslində diplomatik oyundur:

“Mənə elə gəlir ki, Rusiyanın barışmaz mövqeyi bizə şans yaradır. Məsələ ondadır ki, Ukrayna faktiki olaraq ən ağrılı kompromisə gedib: bu gün razılaşmaya hazır olduğumuz sülh şərtlərini "kompromis" adlandırmaq belə çətindir. Amma Rusiya buna da razı olmur. O, müharibənin yalnız tərəflərdən birinin tam qələbəsi ilə yekunlaşacağı halda başa çatmış hesab edə bilər”.

Ekspert qeyd edib ki, Rusiya öz qələbəsinə əmindir, lakin o, bununla razılaşmayıb:

“İstisna etmirəm ki, sonradan tarixçilər indiki hadisələri 1942-ci ilin fevralında alman hücumunun ilk dəfə Moskva yaxınlığında dayandırılmasından sonra Stalinlə Hitlerin nəticəsiz danışıqlarını xatırladıqları kimi xatırlayacaqlar. Həmin vaxt Stalin Hitlerə son dərəcə sərfəli sülh təklif edirdi: Ukraynanın, Belarusun, Baltikyanı ölkələrin və bir sıra digər ərazilərin Almaniyaya verilməsi ilə. Amma Hitler müharibəni Uraladək aparmaq istəyərək bundan imtina etdi və nəticədə onu Berlin bunkeri bitirdi”.

Tarix
2026.01.08 / 09:08
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla