Yuxarı

Pəhləvi gələrsə, İran parçalanacaq - Zamani

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pəhləvi gələrsə, İran parçalanacaq - Zamani

Pəhləvilərin İranda yenidən hakimiyyətə gəlməsi real görünmür. Bunun əsas səbəbi Pəhləvi hakimiyyətinin 46 il əvvələ qədər mövcud olması və həmin dövrdə yol verilən ciddi siyasi səhvlər, bacarıqsız idarəçilik və avtoritar üsulların xalqın yaddaşında qalmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında təbrizli politoloq Əlirza Zamani deyib.

Onun sözlərinə görə, xüsusilə İranın yaşlı nəsli həmin dövrdə hakimiyyətin xalqa qarşı qəddar münasibətini yaxşı xatırlayır:

“Digər tərəfdən, Pəhləvilərin hakimiyyətə qayıtması üçün cəmiyyətin bütün təbəqələrinin dəstəyi lazımdır. Bu isə İranda müşahidə olunmur. Etnik qruplar və qeyri-fars xalqlar onların yenidən iqtidara gəlməsinə qarşıdır və bunu öz hüquqlarına çatmaq yolunda maneə hesab edirlər. Pəhləvilərin paniranizm və panfarsizm ideologiyasına bağlılığı həm də azərbaycanlılar üçün ümidlərin puça çıxması deməkdir. Pəhləvilərin son nümayəndəsi Rza Pəhləvinin siyasi çəkisi də kifayət qədər güclü deyil. O, müxtəlif siyasi qüvvələri öz ətrafında birləşdirə bilmir. Son 46 il ərzində xaricdə yaşamalarına və ciddi maliyyə imkanlarına malik olmalarına baxmayaraq, vahid və təsirli siyasi hərəkat formalaşdıra bilməyiblər”.

Əlirza Zamani bildirib ki, bu gün İran cəmiyyətində monarxiya sisteminə ciddi narazılıq mövcuddur:

“Xalq bir monarxiyadan xilas olub başqa bir monarxiya diktaturasına düşməyə razı olmaz. Etiraz aksiyalarında bəzən Pəhləvilərin adının səslənməsi isə məqsədli siyasətin nəticəsidir. Bəzi hallarda bu mövzu İran rejimi tərəfindən qəsdən qabardılır. Çünki zəif və perspektivsiz siyasi fiqurun önə çəkilməsi real müxalifətin güclənməsinin qarşısını alır.

Pəhləvi tərəfdarlarının xaricdə fəaliyyət göstərən media resursları və bahalı təbliğat vasitələri olsa da, bu fəaliyyət cəmiyyət tərəfindən qəbul edilmir və ciddi təsir gücünə malik deyil. Pəhləvilərin xarici dəstək hesabına hakimiyyətə gətirilməsi isə İranda daha böyük təhlükələr yarada bilər. Xalq Mücahidləri, dini qruplar və etnik siyasi qüvvələr buna qarşı çıxacağı üçün ölkədə parçalanma və vətəndaş müharibəsi riski arta bilər. Belə bir ssenari nə İranın özünə, nə regiona, nə də Qərb ölkələrinə sərf edir. İranda yaranacaq xaos kütləvi miqrasiyaya səbəb ola bilər. 90 milyonluq əhalisi və nisbətən daha yaxşı maddi imkanları olan İran vətəndaşlarının ölkəni tərk etməsi Avropada ciddi miqrant böhranı yarada biləcək təhlükə kimi qiymətləndirilir”.

Tarix
2026.01.09 / 07:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?

Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı şok qərar

Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla