Yuxarı

Zelenski də xəbərdarlıq etdi: "Oreşnik" paytaxtlara yaxınlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski də xəbərdarlıq etdi: "Oreşnik" paytaxtlara yaxınlaşır

Rusiyanın Ukraynaya qarşı "Oreşnik" ballistik raketindən istifadəsi, Lvov bölgəsinə zərbəsi Avropa Birliyi ölkələrinə açıq təhlükədir. Bu, Avropa paytaxtları üçün ortaq problem yaradır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam çıxışında deyib.

Prezident bildirib ki, Rusiya "Oreşnik" raketi ilə Avropa Birliyi ölkələrinin sərhədlərinə yaxın əraziyə hücum edib:

“Ortamənzilli ballistik raketlərin istifadəsini nəzərə alsaq, bu, Varşava, Buxarest, Budapeşt və bir çox digər paytaxtlar üçün ortaq bir problem yaradır.

Hər kəs eyni şeyi başa düşməli və buna eyni dərəcədə ciddi yanaşmalıdır: əgər ruslar bu cür silahlardan istifadə etmək üçün ağlabatan bir səbəb tapmağa çalışmasalar, şəxsi əlaqələr və ya hər hansı bir ritorika bunu ört-basdır etməyəcək. Birgə fəaliyyət sistemi, həqiqətən təsirli bir müdafiə sistemi olmalıdır".

Qeyd edək ki, bundan öncə Ukrayna hökuməti Polşaya Rusiyanın "Oreşnik"lə hücum edə biləcəyi xəbərdarlığını edib.

Tarix
2026.01.09 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla