Yuxarı

Arakçı ailəsi ilə birgə Livana qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arakçı ailəsi ilə birgə Livana qaçdı

İranın xarici işlər naziri Abbas Arakçının ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.

Axar.az "Unikal"a istinadən xəbər verir ki, İraq əsilli livanlı jurnalist və tədqiqatçı Hüseyn Əbdül Hüseyn X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, Arakçı ailəsini Livana səfəri zamanı özü ilə aparıb.

Onun sözlərinə görə, İranın Livandakı səfiri ilə bağlı da oxşar məlumat mövcuddur və səfirin ailəsinin də hazırda Livanda olduğu deyilir.

Jurnalist qeyd edir ki, Arakçı, həyat yoldaşı Arzu Əhmədvənd, qızı Sadat və iki oğlu — Seyidhüseyn və Seyidrza ilə birlikdə Beyruta gəlib. Ailənin Livandakı İran diplomatlarına məxsus şəxsi evlərdə yerləşdirildiyi və qalma müddətinin qeyri-müəyyən olduğu bildirilir.

Əbdül Hüseyn paylaşımında İranın ali rəhbəri Əli Xameneinin mümkün hərəkət istiqamətinə də toxunaraq bildirib ki, onun Moskvaya getməsi ehtimalı azdır. Jurnalistin fikrincə, Xameneinin mümkün təyinat yeri Beyrut ola bilər.

Tarix
2026.01.09 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla