Yuxarı

Axar.Az Logo carnation

Tramp Qrenlandiyanı istəyirsə, bu dörd addımı atmalıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Qrenlandiyanı istəyirsə, bu dörd addımı atmalıdır

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyaya sahib olmasını istəyir, lakin problem ondadır ki, ada artıq Danimarkaya məxsusdur və qrenlandiyalıların əksəriyyəti Amerikanın tərkib hissəsi olmaq istəmir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşr ABŞ-ın Qrenlandiyanı necə ələ keçirə biləcəyini anlamaq üçün AB-dən doqquz məmur, müdafiə üzrə ekspert və diplomatla əlaqə yaradıb. Belə qənaətə gəlinib ki, ABŞ adaya sahib olmaq üçün 4 sadə addımı atmalıdır:

1. Qrenlandiyanın müstəqillik hərəkatını gücləndirmək üçün təsir kampaniyası;

Tramp administrasiyası vəzifəyə başladıqdan demək olar ki, dərhal Qrenlandiyanın müstəqilliyi mövzusunda bəyanatlar verməyə başlayıb. Müstəqil olduğu halda Qrenlandiya ABŞ-la birbaşa sazişlər bağlaya bilərdi, halbuki indi bunun üçün Kopenhagenin razılığı tələb olunur.

“Müstəqillik əldə etmək üçün qrenlandiyalılar referendumda səs verməli, daha sonra isə həm Nuuk, həm də Kopenhagen tərəfindən təsdiqlənməli olan razılaşma üzərində danışıqlar aparmalıdırlar. 2025-ci ildə keçirilmiş ictimai rəy sorğusunda qrenlandiyalıların 56%-i müstəqilliyin lehinə, 28%-i isə əleyhinə səs verəcəyini bildirib”, – deyə materialda xatırladılır.

2. Qrenlandiyaya sərfəli razılaşma təklif etmək;

Nəşrin ehtimalına görə, əgər Qrenlandiyanın müstəqilliyi ilə bağlı referendumun sürətləndirilməsi uğurlu alınsa və ərazi sakinləri Danimarkanın tərkibindən çıxmağa səs versələr, növbəti addım onun ABŞ-ın təsiri altına salınması olacaq.

“Danimarkanın birbaşa ABŞ-la dəyişdirilməsi ideyası əhalinin əksəriyyəti üçün qəbuledilməz görünür. Yuxarıda qeyd olunan sorğu da göstərib ki, qrenlandiyalıların 85%-i ərazinin ABŞ-a birləşdirilməsinin əleyhinədir və hətta Tramp tərəfdarı olan müstəqillik hərəkatının nümayəndələri də bu ideyadan məmnun deyillər. Lakin başqa variantlar da var”, – deyə nəşr vurğulayır.

3. Avropanı cəlb etmək;

Qeyd olunur ki, Avropa, xüsusilə də Danimarkanın AB-dəki müttəfiqləri Qrenlandiyanın Kopenhagendən ayrılması cəhdlərinə qarşı çıxacaqlar. Lakin ABŞ administrasiyasının bu vəziyyətdə bir “kozırı” var – Ukrayna.

AB-dən olan bir diplomatın sözlərinə görə, ABŞ “təhlükəsizlik müqabilində təhlükəsizlik” tipli bir razılaşma təklif edə bilər: buna əsasən, Tramp administrasiyası Avropaya Ukrayna üçün təhlükəsizlik zəmanətləri verər, əvəzində isə Amerikanın Qrenlandiyadakı rolunun genişlənməsinə razılıq alınar.

4. Hərbi müdaxilə;

“Politiko” yazır ki, ABŞ üçün ərazinin hərbi yolla ələ keçirilməsi ciddi çətinlik yaratmaya bilər.

Xüsusilə, Danimarka Kral Müdafiə Kollecindən Tomas Krosbi vurğulayıb ki, Trampın strateqləri ona çox güman ki, müxtəlif variantlar təklif edirlər:

“Ən böyük narahatlıq hərbi dairələrdə tez-tez gördüyümüz və çox düşündüyümüz ‘”fakt qarşısında qoyma” tipli strategiyadır. Bu, Putinin Ukraynanı ələ keçirməyə çalışaraq ərazi iddiaları irəli sürməsi kimi, sadəcə ərazinin tutulmasından ibarətdir. O, sadəcə olaraq qoşunları ölkəyə yeridə və “artıq bura Amerika ərazisidir” deyə bilər. ABŞ ordusu Qrenlandiyaya həm hava, həm də dəniz yolu ilə istənilən sayda qoşun endirmək gücünə malikdir və bundan sonra onun Amerika ərazisi olduğunu elan edə bilər”.

Tarix
2026.01.11 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla