Yuxarı

Xəzərdə qəzaya uğrayan İran gəmisi silah daşıyırmış?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə qəzaya uğrayan İran gəmisi silah daşıyırmış?

Ötən gün Xəzər dənizində qəzaya uğrayan İrana məxsus “Rona” yük gəmisi ilə bağlı yeni məlumat yayılıb.

Axar.az “Unian”a istinadən xəbər verir ki, qəzaya uğrayan gəmidə silah daşınırmış.

Məlumata görə, gəmi İrandan Rusiyaya silah daşıyırmış. Gəminin Xəzər dənizində batdığı da iddia olunur.

Bildirilir ki, bu quru yük gəmisi tez-tez İran və Rusiya limanları arasındakı "silah" marşrutu ilə hərəkət edirdi. Xüsusilə də bu silah təchizatı marşrutu haqqında əvvəllər CNN və “Voll Strit Jurnalı” tərəfindən məlumat verib.

Məsələ ilə bağlı Türkmənistan XİN məlumat yaysa da, gəminin hansı yükü daşıdığı barədə açıqlama verməyib.

Qeyd edək ki, ötən gün Türkmənistan Sahil Xidməti İranın qəzaya uğrayan “Rona” yük gəmisindən SOS siqnalı alıb. Görülən tədbirlər nəticəsində gəmidə olan 14 nəfər xilas edilib.

Tarix
2026.01.15 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla