Yuxarı

Kadırovun oğlu ağır qəzaya düşdü: Təcili Moskvaya aparıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırovun oğlu ağır qəzaya düşdü: Təcili Moskvaya aparıldı

2026.01.16. 22:09

Çeçenistan lideri Ramzan Kadırovun oğlu 18 yaşlı Adam Kadırov Qroznıda ağır yol qəzasına düşüb.

Axar.az xəbər verir ki, bu barədə müxalif “Niyso” xəbər kanalı məlumat yayıb.

Məlumata görə, Adam Kadırov qəzada ağır xəsarət alıb və xəstəxanalardan birinə yerləşdirilib.

Qəzada digər şəxslərin də yaralandığı deyilir.

***

Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb.

Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamla birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir.

Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib.

Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam Kadırov və Həmzət Çimayevin ətrafı hələlik açıqlama verməyib. Qəzanın detalları və xəsarət alanların real vəziyyəti barədə dəqiq məlumat yoxdur.

***

Qəzada yaralanan Adam Kadırov təcili şəkildə Moskvadakı xəstəxanalardan birinə köçürülüb.

Bu barədə “Fortanga” nəşrinin mənbəsi məlumat yayıb.

Qəza ilə bağlı Çeçenistan hakimiyyəti indiyədək rəsmi açıqlama verməyib.

Tarix
2026.01.17 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla