Yuxarı

ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdi

ABŞ-dan şok açıqlama: “SDQ (PKK) ilə müttəfiqliyimiz sona çatmışdır. Suriyada bizim yeni müttəfiqimiz HTŞ-dir və SDQ 4 gün içərisində ölkənin legitim qurumlarına inteqrasiya etməlidir”. ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak tərəfindən bəyan olunan bu açıqlama səbəbsiz deyil. Donald Tramp hakimiyyətinin fikrincə, dünyanın bir çox coğrafiyasında separatizmi dəstəkləyən qlobalist qüvvələr sosial yardım quruluşları, böyük media orqanları kimi, müharibələrdən də korrupsiya vasitəsi kimi istifadə edir və ABŞ-ı borclandırırdılar. Məhz bu siyasət nəticəsində ABŞ 2001-ci ildən indiyədək keçən 25 il ərzində təkcə Əfqanıstanda və Yaxın Şərqdə 7-8 trilyon dollarını havaya sovurmuşdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O xatırladıb ki, ABŞ-ın ümumi xarici borcu 38 trilyon dollar, ÜDM-i isə 30 trilyon dollardır:

“Başqa sözlə, bütün ÜDM-i borcunu tam ödəyə bilmir, yenə də 8 trilyon dollar borcu qalır. ÜDM ilə xarici borc arasında bu qeyri-adi natarazlıq Vaşinqtonu bəzi addımlar atmağa vadar edir. Ən problemsiz addım isə separatçı qüvvələri maliyyələşdirməkdən əl çəkmək və regional təhlükəsizlikləri bölgəsəl müttəfiqlərinin ixtiyarına buraxmaqdır.

ABŞ-ın PKK-dan imtina etməsi təkcə Suriya deyil, həm də Türkiyə, İraq və İran üçün də böyük əhəmiyyət daşıyır. Vaşinqtonun bu qərarından sonra İranın Qərbi Azərbaycan (Urmiya) ostanlığına yerləşdirilmiş və güneyli qardaşlarımızın qoluna qandal kimi vurulmuş PJAK da artıq kimsəsiz qalacaq. Bu da Cənubi Azərbaycan türklərinin ən böyük əndişəsini ortadan qaldıracaq”.

Tarix
2026.01.21 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla