Yuxarı

Netanyahu Hersoqa icazə vermədi: Gərginlik yarandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu Hersoqa icazə vermədi: Gərginlik yarandı

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Prezidenti İshaq Hersoqun Davosda Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində iştirak etməsinə mane olub.

Axar.az xəbər verir ki, bu barədə "Kanal 12" məlumat yayıb.

Mənbələrin məlumatına görə, Ağ Ev Netanyahuya dəvət göndərərək baş nazir, prezident və digər nümayəndələrin mərasimdə iştirak edə biləcəyini bildirib. Netanyahu isə Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətlərlə bağlı verdiyi həbs qərarının qüvvədə olması səbəbindən Davosda iştirak edə bilməyib.

Vaşinqton administrasiyasının rəsmiləri imzalama mərasimində Hersoqu görmək ümidi ilə iki dəfə İsrailə müraciət ediblər. Ancaq tərəflər gərgin müzakirələr aparıblar. İddialara görə, Netanyahu ABŞ Prezidenti Donald Trampdan gələn dəvətin şəxsən ona ünvanlandığını bildirib və Hersoqun mərasimdə iştirakını faktiki olaraq əngəlləyib.

Nəticədə İsrail ümumiyyətlə Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində təmsil olunmayıb. Bu, Şuranın ilk missiyası Qəzza zolağında münaqişənin nizamlanması və müharibədən sonrakı bərpa prosesi olmalı idi.

Telekanalın məlumatına görə, yaranmış vəziyyət İsraildə baş nazir və prezidentin aparatları arasında, eləcə də Netanyahunun ofisi ilə Ağ Ev arasında olan münasibətlərdə gərginlik yaradıb.

Tarix
2026.01.25 / 10:18
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla